NTV Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu ölkənin müdafiə nazirinin müavini, baş qərargah rəisi E.Asryan həmkarına Ermənistan silahlı qüvvələrinin mövcud vəziyyəti, həyata keçirilən islahatlar və regiondakı proseslər barədə məlumat verib.
Görüşdə, həmçinin ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi təhsil, hərbi təlimlərin səmərəliliyinin artırılması və müxtəlif sahələrdə təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.
