satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay 374 mina və 1364 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən ay 374 mina və 1364 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2026-cı ilin yanvar ayında minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan NTV-yə bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 337, tankəleyhinə 37 mina və 1364 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 1 738,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM