satellite   Azerspace-1: 11135 H 30000

Fələstinlilərdən ibarət ilk qrup “Rəfah” məntəqəsi vasitəsilə Misirdən Qəzzaya daxil olub

Fələstinlilərdən ibarət ilk qrup “Rəfah” məntəqəsi vasitəsilə Misirdən Qəzzaya daxil olub

Fələstin vətəndaşlarından ibarət ilk qrup bazar ertəsi Misirdən Qəzzaya “Rəfah” sərhəd-keçid məntəqəsi vasitəsilə daxil olub.

NTV  Fələstinin WAFA informasiya agentliyinə istinadla xəbər verir ki, keçid rəsmi olaraq vətəndaşların, xüsusən humanitar yardım alanların, o cümlədən xəstə, yaralı və pasport sahibi şəxslərin hərəkəti üçün açılıb.

Qeyd edək ki, “Rəfah” sərhəd-keçid məntəqəsi iki il bağlı qalmışdı və ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən sülh planının əsas hissəsi olaraq yenidən açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM