satellite   Azerspace-1: 11135 H 30000

Albaniyanın müdafiə büdcəsi bu il üçün NATO hədəfini ötür

Albaniyanın müdafiə büdcəsi bu il üçün NATO hədəfini ötür

Albaniyanın 2026-cı il üçün müdafiə büdcəsi Ümumi Daxili Məhsul səviyyəsinin iki faizini ötərək NATO-nun üzv ölkələr üçün müəyyən etdiyi standart həddi keçib.

NTV Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama açıqlama verib. Onun sözlərinə görə, bu göstərici yalnız rəqəm deyil, ölkənin beynəlxalq öhdəliklərinə və yeni müdafiə sənayesinin qurulmasına yönəlmiş strateji yanaşmanı əks etdirir.

Rama qeyd edib ki, 2026-cı il büdcəsi Albaniya tarixində müdafiə sahəsinə ən ciddi investisiya olmaqla yanaşı, uzunmüddətli strateji dönüşün başlanğıcıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM