satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynada mədənçilərin olduğu avtobusa dronlarla hücum edib, 10‑dan çox insan ölüb

Rusiya Ukraynada mədənçilərin olduğu avtobusa dronlarla hücum edib, 10‑dan çox insan ölüb

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər həlak olub, daha yeddi nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat paylaşıb.

"Düşmən Pavloqrad rayonunda müəssisələrdən birinə məxsus xidməti avtobusun yaxınlığında PUA ilə zərbə endirib. İlkin məlumata görə, 12 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Detalları dəqiqləşdiririk", – deyə rəsmi yazıb.

Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets dəqiqləşdirib ki, Rusiya qoşunları kömür hasilatı müəssisəsini, həmçinin növbə dəyişməsini həyata keçirən mədən işçilərinin avtobusunu hücuma məruz qoyub. Hücum zamanı dörd "Şahed" tipli drondan istifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM