satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynada NATO qoşunlarının yerləşdirilməsinə qarşıdır

Rusiya Ukraynada NATO qoşunlarının yerləşdirilməsinə qarşıdır

Rusiya təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukrayna ərazisində Avropa İttifaqı və ya NATO qüvvələrinin yerləşdirilməsini qəbul etmir.

NTV-nin məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko yerli mediaya açıqlamasında bildirib.

"Biz bunun qəbuledilməz olduğunu bildirdik: NATO üzvlüyü və xarici qüvvələr yoxdur. Məsələn, fransız kapralının üzərində "NATO" və ya "Aİ" yazısı olan papaq taxmasının heç bir fərqi yoxdur", - Qruşko bildirib.

Onun sözlərinə görə, bu, vəziyyəti dəyişmir və məhz buna görə də Moskva Ukraynada qoşunların yerləşdirilməsinin qəbuledilməzliyi ilə bağlı mövqeyindən yayınmayıb.

Qruşko daha əvvəl bildirib ki, Ukraynanın təhlükəsizliyinin ən yaxşı qarantiyası Rusiyanın təhlükəsizliyinə qəti zəmanət verməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM