satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapılıb

Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" hərbi yük təyyarəsinin qara qutusu tapılıb.

NTV  “Haber Global” kanalına istinadla xəbər verir ki, qəza zamanı həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM