satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye yaxınlığında mülki şəxslərin olduğu avtobusa zərbə endirməsi nəticəsində səkkiz nəfər həlak olub, yaralılar da var.

NTV-nin məlumatına görə, bu barədə “RBK-Ukrayna” Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun video müraciətinə istinadən xəbər verib.

Məlumata görə, xilasetmə əməliyyatı davam edir.

"Təəssüf ki, rusların mülki şəxslərin olduğu avtobusa hücumu nəticəsində ölənlər var. İlkin məlumata görə, 8 nəfər həlak olub", - o bildirib.

Bundan əlavə, Vilayət Hərbi Administrasiyasının rəhbəri atəş nəticəsində 5 nəfərin yaralandığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM