Münxendə avtomobili izdihamın üstünə 26 yaşlı əfqan mənşəli şəxs sürüb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşrin məlumatına görə, iki nəfər ciddi xəsarət alıb, onlardan biri ağır vəziyyətdə olan uşaqdır.
Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.
Şahidlər avtomobilin içərisində iki nəfərin olduğunu bildiriblər.
