satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər

Zaxarova: Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticələrə səbəb ola bilər.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadın Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

Daha əvvəl “Politico” nəşri məlumat yayıb ki, ABŞ və Böyük Britaniya sentyabrın 24-dən 30-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı Rusiyaya zərbələr endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM