satellite   Azerspace-1: 11135 H 30000

Fransa prezidenti nazir vəzifəsinə namizədlərin siyahısını təsdiq etməyib

Fransa prezidenti nazir vəzifəsinə namizədlərin siyahısını təsdiq etməyib

Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnyenin yeni hökumət üçün təklif etdiyi nazirlərin ilkin siyahısını təsdiq etməyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.

Məlumata görə, prezidentin yaxın ətrafı Barnyenin təklif etdiyi namizədlərin siyahısında baş nazirin özünün də mənsub olduğu Respublikaçılar Partiyasının nümayəndələrinin çoxluq təşkil etdiyini bildirib.

Yelisey sarayı iddia edir ki, Makron hökumətdə bir partiyanı təmsil edən nazirlərin çoxluq təşkil etməsinə yol verməməyə çalışır.

Xatırladaq ki, Makron sentyabrın 5-də 73 yaşlı Mişel Barnyeni Fransanın baş naziri təyin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM