satellite   Azerspace-1: 11135 H 30000

XİN rəhbəri: Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir

XİN rəhbəri: Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir

Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.

O bildirib ki, müharibə artıq Rusiya ərazisinə keçib: “Hər gün on minlərlə top mərmisi atılır. Hər iki tərəf qarşı tərəfi təzyiq altında saxlamağa çalışır”.

H.Fidan söyləyib ki, beynəlxalq ictimaiyyət Şərqi Avropada baş verənlərə adekvat münasibət göstərmir.

Nazirin sözlərinə görə, ABŞ-dakı prezident seçkilərindən sonra müzakirələr başlaya bilər: "Mənim başa düşdüyüm budur ki, tərəflər arasında dialoq mexanizmi başlaya bilər".

H.Fidan söyləyib ki, müharibənin bu formada davam etməsində maraqlı olan qüvvələr də var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM