satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda insan oğruları saxlanılıb

Ermənistanda insan oğruları saxlanılıb

Ermənistanda üç nəfər insan oğurluğunda şübhəli bilinərək saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Sentyabrın 18-nə keçən gecə polisə bir neçə nəfərin vətəndaşı zorla Eçmiədzinə aparması barədə məlumat daxil olub. Cinayətkarlar kişini söhbətə çağırıblar, sonra isə avtomobilə mindirərək aparıblar. Onlar borclarının qaytarılmasını tələb ediblər. Beş nəfər girovu döyüblər. Onlardan biri oğurladıqları kişinin ailəsini təhdid edib.

Faktla bağlı istintaq aparılır.

Hadisənin daha iki iştirakçısı axtarılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM