satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan modul tipli AES tikməyə qərar verib

Ermənistan modul tipli AES tikməyə qərar verib

Ermənistan hakimiyyəti yeni Atom Elektrik Stansiyasının (ATS) tikintisi ilə bağlı strateji qərar qəbul edib - bu, modul tipli stansiya olacaq.

Naxçıvan televiziyası Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan II Ümumdünya Erməni Sammitində deyib.

Onun sözlərinə görə, layihədə bütün mümkün risklər nəzərə alınmalıdır ki, həm ölkə daxilində, həm də qonşu ölkələrdə yeni stansiya ekoloji təhdid kimi qiymətləndirilməsin.

Baş nazir qeyd edib ki, texnologiyanın təchizatçısı olacaq ölkə hələ seçilməyib: "Ermənistan tərəfdaşlarla müzakirələr aparır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM