satellite   Azerspace-1: 11135 H 30000

Fransada gənclər təşkilatları insanları Makron-Barnye hökumətinə qarşı etiraza çağırıb

Fransada gənclər təşkilatları insanları Makron-Barnye hökumətinə qarşı etiraza çağırıb

Fransada gənclər təşkilatları və birlikləri insanları sentyabrın 21-də Makron-Barnye hökumətinə qarşı nümayişlərə çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, parlament seçkilərində qalib gələnlər təslim olmaq niyyətində olmadıqlarını bəyan ediblər.

“Parlament seçkilərində solçuların qələbəsinə baxmayaraq, E.Makron ifrat sağçı, sosial tədbirlərə qarşı, antimiqrant, keçmişdə homofob olan Marin Lö Penin razılığı ilə Mişel Barnyeni baş nazir təyin etdi”, - deyə təşkilatçılar bildiriblər. Onlar xalqı demokratiyanın tapdalanmasına qarşı təcili tədbirlər görməyə çağırıblar.

Etiraz nümayişinə çağırışı imzalayanların siyahısında müxtəlif gənclər təşkilatları və həmkarlar ittifaqları yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM