İlon Mask hər il mühafizəsi üçün milyonlarla dollar xərcləyir

İlon Mask hər il mühafizəsi üçün milyonlarla dollar xərcləyir

İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir.

NUHÇIXAN-ın xəbərinə görə, bu barədə “The New York Times” “Tesla” şirkətinin daxili sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, Mask müntəzəm olaraq ölüm təhdidləri və təqiblərlə üzləşir. Bu, onu “onsuz da nəhəng olan təhlükəsizlik qüvvələrini” ABŞ-nin Məxfi Xidmətinin daha kiçik ekvivalentinə qədər genişləndirməyə məcbur edib.

Ona yaxın olan, adı açıqlanmayan mənbələr “The New York Times”a bildiriblər ki, tez-tez təhdidlər səbəbindən Mask daha təcrid olunmuş həyat tərzi sürməyə başlayıb. Sahibkar nadir hallarda, hətta özünün “X” şirkətinin tualetinə gedəndə cangüdənsiz hərəkət edir.

Əgər əvvəllər Maskı yalnız iki mühafizəçi müşayiət edirdisə, indi o, 20 təhlükəsizlik mütəxəssisi ilə səyahət edir. Onlar silahlıdırlar, Maskın girməli olduğu binaları yoxlayır və sahibkara yaxınlaşma yollarını öyrənirlər. Qəzetə müsahibə verən təhlükəsizlik ekspertlərinin fikrincə, milyarder biznesmen kimi yox, dövlət başçısı kimi qorunur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM