satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: Rusiya XİN Britaniya diplomatlarının fəaliyyəti ilə bağlı FTX-nin rəyini bölüşür

Zaxarova: Rusiya XİN Britaniya diplomatlarının fəaliyyəti ilə bağlı FTX-nin rəyini bölüşür

Böyük Britaniyanın Moskvadakı səfirliyinin diplomatları Rusiya xalqına zərər vurmaq məqsədi daşıyan addımlarla məşğul olublar. Onların fəaliyyəti Vyana konvensiyalarının çərçivəsindən çox kənara çıxıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Rusiya FTX-nin britaniyalı diplomatların fəaliyyəti ilə bağlı qiymətləndirmələrini tam bölüşürük. Britaniya səfirliyi Vyana konvensiyaları ilə müəyyən edilmiş hüdudları çox aşıb. Lakin ən əsası odur ki, söhbət təkcə məsələnin formal tərəfindən və bəyan edilmiş fəaliyyətə uyğunsuzluqdan deyil, həm də xalqımıza zərər vurmağa yönəlmiş bu cür aksiyalardan gedir", - o bildirib.

“Rossiya 24” telekanalı isə Britaniya səfirliyinin həmin əməkdaşlarının adlarını açıqlayıb: Cessika Deyvenport, Qreys Elvin, Endryu Daft Kallum, Ketrin Makdonnal, Tomas Con Hikson və Bleyk Pattel.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM