satellite   Azerspace-1: 11135 H 30000

Toivo Klaar Özbəkistan XİN rəhbərinə etimadnaməsinin surətini təqdim edib

Toivo Klaar Özbəkistan XİN rəhbərinə etimadnaməsinin surətini təqdim edib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaar Aİ-nin Özbəkistandakı səfiri təyin olunması ilə əlaqədar etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Bəxtiyor Saidova təqdim edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Özbəkistanın XİN başçısı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Aİ-nin Özbəkistana yeni təyin olunmuş səfiri Toivo Klaarın etimadnaməsinin surəti qəbul edilib. Özbəkistan hökuməti Mərkəzi Asiya ilə Aİ arasında əlaqələrin möhkəmlənməsinə və nəzərəçarpacaq nəticələrin əldə olunmasına kömək etməyə çalışır”, - paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM