satellite   Azerspace-1: 11135 H 30000

İranın Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edəcək

İranın Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edəcək

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRICS+ ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin görüşündə iştirak etmək üçün sentyabrın 10-12-də Sankt-Peterburqa səfər edəcək.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, Ə.Əhmədian çərşənbə axşamı rusiyalı həmkarının dəvəti ilə Sankt-Peterburqa yola düşüb. İran Təhlükəsizlik Şurasının rəhbəri Rusiyada olduğu müddətdə digər ölkələrin güc strukturlarının nümayəndələri ilə də görüşəcək. Rusiya tərəfi ilə görüşdə Yaxın Şərq regionundakı vəziyyətə və iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM