satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturun olmamasıdır

Paşinyan: Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturun olmamasıdır

Ermənistan idmanının əsas problemlərindən biri ölkədə infrastrukturun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır.

Naxçıvan televiziyası “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Olimpiadasında iştirak edən Ermənistan komandası ilə görüşündə bildirib.

“Əlbəttə, hamımız ümid edirdik ki, Olimpiadada qızıl medalımız olacaq, amma idman idmandır və arzular heç də həmişə reallaşmır... Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturunun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır”, - o deyib.

Xatırladaq ki, Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 206 ölkə iştirak edib, 91 komanda medal qazanıb, Ermənistan komandası isə ümumi medal sıralamasında 66-cı yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM