satellite   Azerspace-1: 11135 H 30000

Putin: Rusiya Ukrayna ərazisindən qazın tranzitindən imtina etmir

Putin: Rusiya Ukrayna ərazisindən qazın tranzitindən imtina etmir

Əgər Ukrayna Rusiya qazının tranzitindən imtina edirsə, Avropaya qaz tədarükünün həcmi azalacaq və başqa istiqamətlərdə nəql olunacaq.

Naxçıvan televiziyası Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Ukraynaya gəlincə, biz bu tranzitdən imtina etmirik”, - o bildirib.

V.Putinin sözlərinə görə, tranzit müqaviləsinin müddəti 2024-cü il dekabrın 31-də başa çatır.

“Əgər Ukrayna Rusiya qazının tranzitindən imtina edirsə, biz onları məcbur edə bilmərik”, - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM