Səfir: ABŞ-nin yeni silah yardımı apreldə Ukraynaya çatdırıla bilər

Səfir: ABŞ-nin yeni silah yardımı apreldə Ukraynaya çatdırıla bilər

ABŞ-nin yeni silah yardımı artıq aprel ayında Ukraynaya çatdırıla bilər.

NUHÇIXAN xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “European Pravda”ya müsahibəsində deyib.

O, ilk yardımın artıq aprel ayında Ukraynaya çatdırıla biləcəyini istisna etməyib:

“Ukraynaya silah yardımı göstərilməsinə dair qanun dərhal qüvvəyə minir. Fikrimcə, qanun çox qısa müddətdə icra olunacaq".

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 20-də Ukraynaya yardım üçün 61 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan layihəni təsdiq edib. Bundan sonra qanun layihəsi üzvlərinin əksəriyyəti Ukraynaya yardım göstərilməsinə tərəfdar olan Senata ötürüləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM