Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus daha üç F-16 təyyarəsi Rumıniyadakı Avropa pilot təlim mərkəzinə göndəriləcək.

NUHÇIXAN xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, milli müdafiə naziri Angel Tilvar bu münasibətlə aprelin 17-də Borça şəhərində yerləşən “Leytenant Aviator Gheorghe Mociornita” hərbi hava bazasında Niderland hərbi idarəsinin rəisi Kaysa Ollonqren ilə görüşəcək.

Qeyd edək ki, Avropa F-16 Pilot Təlim Mərkəzinin rəsmi açılışı ötən il olub. Mərkəz Rumıniya və Niderland hərbi idarələrinin “Lockheed Martin” şirkəti ilə tərəfdaşlığı, beynəlxalq F-16 koalisiyasının koordinatorları olan Danimarka və Niderlandın dəstəyi ilə yaradılıb.

Əməkdaşlıq müqaviləsi çərçivəsində Rumıniya layihəyə müvafiq infrastruktur, Niderland Kral Hərbi Hava Qüvvələri F-16 təyyarələri, “Lockheed Martin” isə təlimçilər və texniki vasitələr ilə dəstək verəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM