Latviyanın xarici işlər naziri istefa verib

Latviyanın xarici işlər naziri istefa verib

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib və aprelin 10-da vəzifəsini tərk edəcək.

NUHÇIXAN Latviya mediasına istinadla xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri Baş nazir Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb. Seym (parlament) aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyinə səs verəcək.

Məlumatlara görə, nazirin istefası Latviya nümayəndə heyətinin və Karinşin özünün Avropa İttifaqının konfranslarında iştirakı üçün uçuşlara böyük xərc çəkilməsi barədə yaranmış qalmaqalla bağlıdır. Bu xərclər dövlət büdcəsindən və Aİ büdcəsindən maliyyələşdirilib və digər üzv ölkələrlə müqayisədə ən böyük məbləğ olub.

Latviya Baş prokurorluğu araşdırmaya başlayıb və sonra işi korrupsiyaya qarşı mübarizə bürosuna verib.

Krişyanis Karinş xarici işlər naziri postuna 2023-cü ilin iyulunda təyin edilib, 2019-2023-cü illərdə isə Latviyanın Baş naziri vəzifəsində çalışıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM