İlon Mask smartfon istehsal edəcəyini vəd edib

İlon Mask smartfon istehsal edəcəyini vəd edib

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask, əgər Apple və Google bu şirkətlərə məxsus App Store və Google Play ilə işləyən cihazlar üçün “Twitter” tətbiqini əlçatan etməyəcəksə, öz smartfon modelini buraxacağına söz verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə biznesmen tviterdə yazıb.

“Ümid edirəm ki, buna gəlməz. Amma başqa seçimim olmasa, alternativ telefon yaradacam. Marsa uçmaq üçün raketlər hazırlayan bir insana sadə kiçik smartfonu hazırlamaq çətin olmayacaq”, - o qeyd edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM