NUHÇIXAN xəbər verir ki, avqustun 1-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən növbəti 52 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.
Proqram çərçivəsində iştirakçılar üçün intellektual bilik yarışları, canlı musiqi proqramı və müxtəlif əyləncə oyunları keçirilib. Həmçinin iştirakçılar gündə üç dəfə qidalanma ilə də təmin olunublar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən həyata keçirilən “Yay düşərgəsi” layihəsində ittifaq üzvləri həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində yaddaqalan, mənalı keçirə bilərlər.
