Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.
Bu barədə NTV-yə AAF-ın mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.
