satellite   Azerspace-1: 11135 H 30000

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb - FOTOLAR

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb<font color=red> - FOTOLAR</font> Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb<font color=red> - FOTOLAR</font> Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb<font color=red> - FOTOLAR</font> Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb<font color=red> - FOTOLAR</font> Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb<font color=red> - FOTOLAR</font> Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb<font color=red> - FOTOLAR</font>

İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayona ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb.

NTV-yə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb.

Qeyd edək ki, bu dəfə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər), Təzəbinə kəndinə isə 9 ailə (39 nəfər) yerləşdirilib. Ağdərə rayonunda isə Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Həsənsizli kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə 3 ailə (19 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər) köçürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM