satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin dörd ayında 139 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 139 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139 min 300 nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Dörd ayda 5 min 600 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub, 81 min 500 şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM