NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində üçəmlərin doğuş prosesi uğurla həyata keçirilib. Tibb müəssisəsinə müraciət edən Culfa rayon sakini, 1998-ci il təvəllüdlü hamilə qadın 3 qız övladı dünyaya gətirib.
Körpələrin çəkiləri müvafiq olaraq 1 kilo 50 qram, 1 kilo 700 qram və 1 kilo 900 qramdır. Hazırda körpələrin vəziyyəti kafi qiymətləndirilir, onlar mərkəzin yenidoğulmuşlar şöbəsində həkim nəzarəti altında saxlanılırlar.
Qeyd edək ki, üçəm körpələr ailənin ilk övladlarıdır.
