satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edəcək

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edəcək

NTV xəbər verir ki,  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunacaq.

Mayın 3-də nümayəndə heyətinin saat 14:00-da Əshabi-Kəhf ziyarətgahı və Heydər Məscidi kompleksini ziyarət edərək həmin məkanlarla yaxından tanış olması nəzərdə tutulur.

Səfər çərçivəsində mayın 4-də saat 10:30-da “Nakhchivan Palace” otelində “Zəngəzur yolu – tarixin izi ilə” mövzusunda konfrans keçiriləcək. Konfransdan əvvəl iştirakçılar saat 09:45-də Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edəcəklər.

Tədbirdə ortaq milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti, dini həmrəyliyin daha da möhkəmləndirilməsi, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələr və prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılması planlaşdırılır.

Mayın 5-də Naxçıvanda tarixi-dini abidələrin ziyarəti ilə səfər sona çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM