NTV-nin məlumatına görə, hadisə Naxçıvan şəhərinin Atatürk küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 75-BP-194 dövlət nömrə nişanlı “XƏZƏR” markalı avtomobil ilə 69-BF-438 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
