satellite   Azerspace-1: 11135 H 30000

Masallıda baş verən yanğında baba və azyaşlı nəvə ölüb

Masallıda baş verən yanğında baba və azyaşlı nəvə ölüb

Masallı rayonunda baş verən yanğında baba və azyaşlı nəvə həyatını itirib.

NTV-nin məlumatına görə, hadisə rayonun Qızılağac kəndindəki fərdi yaşayış evində qeydə alınıb.

1967-ci il təvəllüdlü Camaləddin Həsnağa oğlu Abdullayev yanğın zamanı evdə olan 2024-cü il təvəllüdlü nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadəni xilas etmək üçün yanan evə girməyə cəhd edib. Lakin qatı tüstüdən zəhərlənərək huşunu itirib. Nəticədə həm baba, həm də nəvə yanaraq ölüblər.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM