satellite   Azerspace-1: 11135 H 30000

İdxal olunan tinglərdə virus aşkarlanıb

İdxal olunan tinglərdə virus aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri idxal olunan əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC, “Agroma” MMC, “Amogrovv” MMC və fiziki şəxs Nahid Xanlar oğlu Eldarovun Türkiyədən idxal etdiyi şaftalı, nektarin, gilas tinglərindən nümunələr götürərək müayinələrə cəlb ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  NTV-yə verilən məlumata görə, sınaq nəticəsində tinglərdə karantin tətbiq olunan şarka virusu aşkarlanıb.

Faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunub. Sahibkarların müraciəti əsasında 15 min 100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib.

Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM