Naxçıvanda cəzaçəkmə müəssisəsində Novruz şənliyi keçirilib.
NTV xəbər verir ki, martın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Strateji Planlaşdırma və Monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov məhkumları bayram münasibətilə təbrik edib, bu cür tədbirlərin onların sosial adaptasiyasına müsbət təsir göstərdiyini bildirib.
Proqram çərçivəsində bayram süfrəsi təşkil olunub, tonqal qalanıb, Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin “Harmoniya” instrumental ansamblı tərəfindən musiqili nömrələr təqdim edilib.
Həmçinin Kosa və Keçəl obrazlarının iştirakı ilə bayram səhnəcikləri nümayiş etdirilib.
