Bu ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyava haqda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.
NTV İTV-yə istinadən Prezident İlham Əliyevin ailəsinə qarşı həyata keçirilən şər kampaniyası ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin materiallarına əsaslanan araşdırmanı təqdim edir:
Məlumatda deyilir ki, bloqerlərin qarayaxma və böhtan kampaniyasına başlaması ilə eyni vaxtda Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış mobil nömrə ilə əlaqə saxlamağa çalışır.
Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir.
Faktla əlaqədar DTX-də CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılır.
Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S saxlanılır. O, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışır.
Qeyd edək ki, həmin şəxslə bağlı məhkəmə hökmü olmadığından onun kimliyi hələlik anonim saxlanılır.
“11 fevralda Mehman Hüseynovla əlaqə yaratmaq istədim və feysbuk səhifəsində ona mesaj göndərərək xahiş etdim ki, həmin videoları mənə göndərsin. Çox qısa zaman sonra Elman Əliyev və Zəki Səlimov həmin materialları mənə atdılar. Hətta, Elman Əliyev 2 video atmışdı. Baxandan sonra inanmadım ki bu doğru videolardır.
Bütün məlumatları əldə etdikdən sonra Mehriban, Arzu və Leyla Əliyevaların feysbuk səhifələrində mesaj yazdım ki, Alena xanımın şəxsi həyatından əldə etdiyim materiallar var. İşarə etdim ki, onlarla əlaqə saxlamaq istəyirəm. Heç bir reaksiya olmadığına görə fevralın 15-i Heydər Əliyev Fondunun saytında məktub yazıb öz e-mailimi və mobil nömrəmi qoydum. Bildirdim ki, mənimlə əlaqə saxlamasalar, bu məlumatları bütün dünyaya yayacağam”, saxlanılan şəxs bildirib.
Daha ətraflı reportajda:
