NTV xəbər verir ki, fevralın 21-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşəbbüsü ilə Ağbulaq İstirahət Mərkəzində həmkarlar ittifaqı üzvləri üçün növbəti qış istirahəti proqramı reallaşdırılıb. İki gün davam edən tədbirdə 30 nəfər üzv iştirak edib. Proqram çərçivəsində iştirakçıların rahat və səmərəli istirahəti üçün bütün zəruri şərait təmin olunub, gün ərzində üç dəfə zəngin və çeşidli yeməklər təqdim edilib. İştirakçılar mərkəzin qış turizmi imkanlarından yararlanaraq xizək sürüb, kanat xəttindən istifadə edib, eləcə də digər aktiv istirahət növlərində vaxt keçiriblər. Onlar üçün təşkil olunan əyləncəli proqramlar və intellektual oyunlar üzvlərin asudə vaxtını daha maraqlı edib.
Qeyd edək ki, layihə ittifaq üzvləri üçün güzəştli şərtlərlə həyata keçirilir və iştirakçılar yollayışın yalnız 15 faizini ödəməklə Ağbulaq İstirahət Mərkəzinin bütün imkanlarından istifadə ediblər.
