satellite   Azerspace-1: 11135 H 30000

Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib

Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib

İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib.

NTV xəbər verir ki, məlumata görə, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bütün lazımi sənədləşmə işlərini aparır və təhvil-təslim prosesini təşkil edir.

Cəsədlərin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir. Meyitlər əvvəllər Yekaterinburq Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morqunda olub, prosedurlar başa çatdıqdan sonra oradan təhvil verilib.

Meyitlər Yekaterinburq-Bakı birbaşa aviareysi ilə Azərbaycana göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM