satellite   Azerspace-1: 11135 H 30000

“Yolumuz Qarabağa" portalında icazələrin verilməsi bir həftəlik məhdudlaşdırılıb

“Yolumuz Qarabağa" portalında icazələrin verilməsi bir həftəlik məhdudlaşdırılıb

Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində “Yolumuz Qarabağa" portalında 9 istiqamətdə - Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam və Laçına hərəkət etmək üçün icazə verilməyəcək.

NTV  xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.

Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM