satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var - FOTOLAR

Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font> Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font> Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var<font color=red> - FOTOLAR</font>

Naxçıvanda ağır yol qəzası olub.

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106"-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər - Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM