satellite   Azerspace-1: 11135 H 30000

“Naxçıvanpoçt” xidmət səviyyəsini artırır

“Naxçıvanpoçt” xidmət səviyyəsini artırır

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialında Nazirliyin tabeli qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkandan təqdim olunmasına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, mərkəzi filialda müraciətlərinə əsasən telefon və internet çəkilişləri üzrə vətəndaşlardan ərizələrin qəbulu da həyata keçiriləcəkdir.

Qeyd edək ki, mərkəzi filialda ənənəvi poçt xidmətləri ilə yanaşı, eyni zamanda, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə və danışıq haqlarının qəbulu, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının ödənişləri və sair xidmətlər həyata keçirilir.

Xidmətin yaradılmasında əsas məqsəd istifadəçilərin rahatlığının təmin edilməsi və əlavə vaxt itkisinin qarşısının alınmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM