satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ticarət mərkəzindən 109 ədəd kəsici-deşici alət aşkarlanıb - VİDEO

Naxçıvanda 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb.

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən insan həyatı üçün real təhlükə yaradan müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində növbəti tədbir keçirilib.

Nəticədə şəhər ərazisindəki ticarət mərkəzlərinin birində kəsici-deşici alətlərin satışının təşkil edildiyi mağazalar müəyyən edilib. Həmin obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM