satellite   Azerspace-1: 11135 H 30000

Tovuzda “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib - VİDEO

Yazıçı-publisist, AYB-nin üzvü, “Vətən fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərə həsr etdiyi növbəti “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, təqdimatı keçirilən kitab “vətən fədailəri” layihəsinin dördüncü hissəsidir. Bundan əvvəl "Vətən fədailəri: Naxçivan şəhidləri" I hissə, "Vətən fədailəri: İmişli şəhidləri" II hissə, “Vətən fədailəri: Şəki şəhidləri” III hissə ərsəyə gətirilib.

Tovuz rayonu Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bir dəqiqəlik sükutla şəhidlərimizin xatirələri anıldıqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra layihənin rəhbəri Manya Səxavətqızı və digər çıxış edənlər "Vətən fədailəri" layihəsi haqqında məlumat verdilər. “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının mahiyyətindən və bu layihənin vacibliyindən söz açılıb.

"Vətən fədailəri" layihəsinin IV hissəsi olan "Vətən fədailəri: Tovuz şəhidləri" kitabı Manya Səxavətqızının şəhidlərə həsr etdiyi 9-cu kitabıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM