satellite   Azerspace-1: 11135 H 30000

Sahib Məmmədov: AHİK-in fəaliyyətinin daha səmərəli təşkili istiqamətində müvafiq addımlar atılacaq

Sahib Məmmədov: AHİK-in fəaliyyətinin daha səmərəli təşkili istiqamətində müvafiq addımlar atılacaq

Ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) kifayət qədər nüfuza malikdir. Qurum öz işini müasir qlobal çağırışlara uyğun olaraq qurur.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni sədri Sahib Məmmədov qurumun avqustun 26-da keçirilən növbədənkənar VII qurultayında səsləndirib.

Ona göstərilən etimada görə təşəkkürünü bildirən S.Məmmədov qeyd edib: “AHİK-in fəaliyyətinin daha səmərəli təşkili istiqamətində müvafiq addımlar atılacaq, kadr siyasətinin yaxşılaşdırılması, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi diqqətdə saxlanılacaq. Bundan başqa, şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, həssas təbəqədən olan insanlara diqqət və qayğı fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM