Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs - FOTOLAR

Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs<font color=red> - FOTOLAR</font> Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs<font color=red> - FOTOLAR</font> Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs<font color=red> - FOTOLAR</font> Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs<font color=red> - FOTOLAR</font> Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs<font color=red> - FOTOLAR</font> Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs<font color=red> - FOTOLAR</font> Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs<font color=red> - FOTOLAR</font>

Albom vərəqləndikcə Zəngəzur xatirələri canlanır Gülarə xanımın gözündə. Bu fotolarda doğmalıq var, istilik var, bir də illərin kədəri, həsrəti. Şaxtalı qış günlərində isti yuvanı tərk etmənin soyuqluğu...

Mənfur düşmənin dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyası azərbaycanlıların 1905-1906, 1918-1921-ci 1948-53, 1987-91-ci illər soyqırım və deportasiyası ilə nəticələnib. Torpaqlarımız işğala məruz qalıb, insanlar öz doğma torpaqlarından məhrum edilib.   1918-ci ildə tarixi şəhərimiz – İrəvan Ermənistana verildi. Tarixi faciəmiz bununla bitmədi. Azğınlaşmış erməni millətçilərinin məkri və təkidinin nəticəsi olaraq 1920-ci ildə sovet hökumətinin qərarı ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bununla kifayətlənməyən, yurd-yuvası bəlli olmayan düşmən insanları öz doğma yurd-yuvasından didərgin saldı. Bu proses illərlə davam etdi. Ta ki 1988-ci ilə qədər.  1988-ci ildə qışın sərt soyuğunda yurd yuvalarını tərk edən və iliklərinə qədər buz bağlayan zəngəzurlulara istilik verən indi yalnız xatirələrdir. Xatirələr ilmə-ilmə toxunub, bu xalılarda gizlidir, hər naxışında, hər ilməsində. Bu gizlini ancaq öz sahibləri oxuya bilir-zəngəzurlular.

Zəngəzur  bölgəsi şərqdən Qarabağla, qərbdən Naxçıvanla əhatələnmişdir. Zəngəzurun tarixi Qarabağ və Naxçıvanla sıx bağlıdır. Odur ki, folkloru, mədəniyyəti də hər iki bölgə ilə oxşardır. Zəngəzur mahalının xalçaçılığını isə tədqiqatçılar daha çox Qarabağ qrupuna aid edirlər. Zəngin təbiəti, bağları ilə şöhrət qazanmış Zəngəzur mahalının əhalisi yüzilliklər boyunca özündə dərin məzmun daşıyan naxışları xalça və xalça məmulatlarının üzərinə həkk etmişlər. Tədqiqatçılar qeyd edir ki, daha çox Ağudi, Ağkənd, Vağudi, Qarakilsə, Şıxlar, Qızılcıq, Murxus, Urud, Comərdli, Şəki kəndlərində xalçaçılıq ənənəsi davam etdirilmiş, bölgə özünün rəngarəng, şux xalçaları ilə şöhrət qazanmışdır. Bu mahalda qoşabuynuz, qarmaqlı, “S” şəkilli,  dörd, altı, səkkiz, on iki ləçəkli güllər, spiralşəkilli, ox işarəli, məşəl, şamdan, damğa adlandırılılan motivlər çox yayılmışdır.

1918-ci ildən üzü bəri Zəngəzurdan gəlib Naxçıvanda məskunlaşanlar bu dəyərli irsi ya özləri ilə gətiriblər, ya da ordakı çeşnilər əsasında burada toxuyublar.

       Naxçıvanın əsasən Ordubad, Culfa və Şahbuz bölgəsində məskunlaşan zəngəzurluların demək olar ki, hamısının evində xalça dəyərli irs və yadigar kimi qorunub saxlanmaqdadır. Əsli Məmmədova 1997-ci ildə ailəsi ilə birlikdə Murxus kəndindən gəlib. Özləri ilə çox əşya gətirə bilməsələr də, bir dəyər kimi əmək verdikləri xalçaya sahib çıxıblar.

Gülarə Əliyeva Comərdli kəndindəndir. Ailəsi ilə birgə Culfa rayonunun Gal kəndində yaşayır. Albomla yanaşı, oradan gətirdiyi xalçalar  Zəngəzur xatirələridir. Danışdıqca qəhərlənir. Axı bu xalçalarda anasının, bacısının əməyi var, bu xalçalarda Zəngəzur təbiəti, Zəngəzur havası var. Deyir xalçaların bir neçəsini övladlarıma cehiz olaraq vermişəm. Əlimdə qalanları da göz bəbəyim kimi qoruyuram. Gülarə müəllimənin xalçaları içərisində süjetli bir xalça diqqətimizi çəkir. Öyrənirik ki,1970-80-ci illərdə Zəngəzurda toxunan əksər xalçalar süjetli olub. Xalçalarda əsasən tikmə, toxuma ilə məşğul olan qızlar, dibçəkdə güllər, qoşa maral, tovuzquşu kimi təsvirlər yer alıb.

        Daha bir süjetli xalça nümunəsinə Şahbuz rayonunun Nursu kəndində Umudovlar ailəsində rast gəlirik. Ağudi kəndinin gül-çiçəyi, gözəllikləri, sanki xalçada dil açıb danışır. Cüt maral təsviri isə güllər içərisindən boylanan canlı təbiət təsviri bağışlayır. 79 yaşlı Mürşüd Umudov deyir ki, mən özüm bu kənddə doğulmuşam. Yoldaşım də Nursu kəndindəndir. Lakin babalarımız 1918-ci ildə ermənilərin törətdikləri vəhşiliklər üzündən bu kəndə pənah gətiriblər. Evimizdə qorunan və qızlarımıza cehiz verdiyimiz xalçaları isə yoldaşım Səmənnaz xanım Zəngəzur çeşniləri əsasında toxuyub.

Hazırda Bakı şəhərində yaşayan, əslən Comərdlidən olan Cəmil Rüstəmov yazır: “Zəngəzur mahalı Qafqazın ən gözəl incilərə sahib, son dərəcə əlçatmaz dəyərlərə  malik ərazisidir. Bu mahal flora və faunasına görə dünyanın ən zəngin guşələrindən biridir. Əsrlər boyu bu bölgə güclü inkişaf yolu keçmiş və bütün sahələrdə qazandığı uğurları ilə nümunə olmuşdur. Bir çox sahələrdə olduğu kimi təsviri incəsənətlə, o cümlədən xalçaçılıqla da məşğul olmuş və haqlı olaraq öyünmüşdür. Zəngəzurlu xanımlar xalçalarda hər yerdə olmayan gül-çiçəklərlə yanaşı, o təbiətin gözəllik rəmzi olan maral, ceyran və quş təsvirləri toxumuşlar. Heyvanların cüt şəkildə təsviri həm də bəşəriyyətin cütlükdən yaranışı və davamının təsdiqidir”.

Zəngəzur təbiətini xalçalar üzərinə xəsislik etmədən köçürən Qərbi azərbaycanlılar sanki yurd yerlərinə həsrət qalacaqlarını bilirdilər. Hər gülünü, çiçəyini oxşaya-oxşaya əziz xatirə kimi xalçalara həkk ediblər. Ərəfsə kəndində   Həsənovlar  ailəsində qorunan bir xalçada isə qoşa tovuzquşu təsviri yer alıb. 1983-cü ildə toxunan xalçada yazılıb: “Narzadanın kəlməsi, ağlaması, gülməsi, Ölsəm də yaşayacaq barmağımın ilməsi”. Narzada xanım kimi zəngəzurlu xanımlar zamanında hər kəlməsini, sevinc və kədərini xalçalara köçürərək dəyərli irs nümunələri yaradıblar. Bu gün Naxçıvanda evlərdə qorunan bu nümunələr-Zəngəzur xalçaları da o torpağın sahibləri ilə birgə Zəngəzura qayıdacaq.

 

                                                                                     Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM