Birinci Qarabağ müharibəsi şəhidi Ceyhun Hüseynovun şəhadətindən 30 il ötür

Birinci Qarabağ müharibəsi şəhidi Ceyhun Hüseynovun şəhadətindən 30 il ötür

NUHÇIXAN xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Ceyhun 1975-ci ildə Ordubad rayonunun Gənzə kəndində anadan olub. 1991-ci ildə orta məktəbi bitirib. Hələ o zaman Ordubad dağlarında - Ermənistanla sərhəddə qurulmuş döyüş postlarında könüllü xidmət edib. Daim ön xətdə olmağa can atıb. Hərbi xidmətini Qarabağda keçib. Döyüşlərdə yaralansa da, təkidlə döyüş meydanlarına qayıdıb. 

1994-cü il aprelin 14-də Talış kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Həmin vaxt eyni döyüş meydanında yaralanan əsgər yoldaşını xilas edib, özü isə şəhid olub.

26 il sonra Talış kəndi Milli Ordumuz tərəfindən işğaldan azad olunanda, yəqin ki, ən çox Ceyhunun ruhu sevinib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM