Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli 300 bal toplamaqla ən yüksək nəticəni göstərib

Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərindən 4 məktəbli 300 bal toplamaqla ən yüksək nəticəni göstərib

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Nağıyeva Leyla Arif qızı, Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü liseyin şagirdi Əbilov Ziya Namiq oğlu, Culfa rayon 3 nömrəli tam orta məktəbin şagirdi İsmayıllı Kənan Mehman oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM