satellite   Azerspace-1: 11135 H 30000

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub, onlar ikitərəfli münasibətləri və aktual beynəlxalq məsələləri müzakirə ediblər.

NTV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. Onun sözlərinə görə, liderlərin söhbəti 55 dəqiqə davam edib.

Söhbətin əsas mövzularından biri Ukrayna ətrafındakı vəziyyət olub. Tərəflər ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın gələcəkdə yenidən Rusiyaya səfər edəcəkləri barədə razılığa gəliblər.

Liderlər həmçinin İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı Rusiya Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM