satellite   Azerspace-1: 11135 H 30000

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib<font color=red> - FOTOLAR</font> Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib<font color=red> - FOTOLAR</font> Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib<font color=red> - FOTOLAR</font> Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib<font color=red> - FOTOLAR</font> Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Zeladaya təqdim edib.

NTV  xəbər verir ki, qəbul zamanı səfir Seymur Fətəliyev Perunun dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.

Təşəkkürünü bildirən Peru Prezidenti öz növbəsində onun da dərin ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi, eləcə də iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını məmnunluqla vurğulayıb.

Qəbulda Peru xarici işlər naziri Karlos Xose Parexa Rios da iştirak edib.

Xatırladırıq ki, səfir Seymur Fətəliyev iyunun 11-də etimadnaməsinin surətini Perunun Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim etmişdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM