Küveyt Dövlətinin səhiyyə naziri Əhməd Abdulvahab Əl-Əvadi ilə Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov arasında görüş keçirilib.
NTV xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Görüş zamanı Azərbaycan ilə Küveyt Dövləti arasında səhiyyə və tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, təcrübə mübadiləsi, eləcə də aidiyyəti qurumlar arasında əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
